waplog

“Facebook” sifətin tanınması sistemlərini aldadan alqoritm yaradıb (VİDEO)


"Facebook" sosial şəbəkəsinin süni intellekt sahəsində texnologiyaların hazırlanması ilə məşğul olan "Facebook AI Research" (FAIR) tədqiqat bölməsi qabaqcıl sifətin tanınması sistemlərini aldada bilən texnologiya yaradıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, bu, ilk belə texnologiya olmasa da, digər şirkətlərin oxşar alqoritmlərindən fərqli olaraq "FAIR" proqramı sifətləri fotoşəkillər üzərində deyil, birbaşa translyasiyalar daxil olmaqla videoda dəyişdirə bilir.

 

Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, alqoritm kompüter təlimi vasitəsilə videoda sifətlərin detallarına cüzi dəyişikliklər edir. Bu dəyişikliklər isə orijinal video ilə birbaşa müqayisədə nəzərə çarpmır, lakin sifətin tanınması sistemlərini uğurla aldadır.

 

Hazırda "Facebook" texnologiyanın kommersiya məhsullarına tətbiqini planlaşdırır. Yeni texnologiya insanların məxfiliyinin qorunması üçün gələcək işləmələrə təsir edə, eləcə də saxta videolarla mübarizəyə kömək edə bilər.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL