waplog

“Apple” korporasiyası “AirPods Pro” qulaqlığını təqdim edib


“Apple” korporasiyası səsboğucu sistemə malik yeni “AirPods Pro” qulaqlığını satışa çıxarıb. Bu barədə şirkətin nümayəndəsi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, yeni qulaqlıq xüsusi dəyişdirilə bilən başlıqlara malik yeni dizayn əldə edib. Bundan başqa, “AirPods Pro” qulaqlığı “IPX4” standartına uyğun olaraq su və toza qarşı dayanıqlıdır.

 

Səsboğucu sistem yalnız kənar səsləri azaltmır, həm də istifadəçinin ətrafda baş verənləri eşidə bilməsi üçün onları gücləndirə bilər. Korpusda yerləşdirilmiş xüsusi sensora toxunuş vasitəsilə iş rejimləri dəyişdirilə bilər. Həmin sensorun köməyi ilə gələn zənglərə cavab vermək mümkündür.

 

Aktivləşdirilmiş səsboğucu sistemə malik qulaqlıq 4.5 saat işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL