waplog

“Netflix” serial və kinolar üçün sürətləndirilmiş baxış funksiyasını sınaqdan keçirir


“Netflix” telekanalı smartfonlar üçün yeni funksiyanı (film və seriallarda baxış sürətini dəyişdirmək imkanı) sınaqdan keçirir. Eyni funksiya bir çox populyar pleyerlərdə reallaşdırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, şirkətin planları rejissorların hiddətinə səbəb olub, çünki belə yanaşma, onların fikrinə görə, incəsənəti məhv edəcək.

 

“Netflix” şirkətinin nümayəndələri əmin ediblər ki, sözügedən funksiya yoxlama mərhələsindədir və ola bilər ki, tətbiq edilməsin. Tətbiq edildiyi halda isə dəyişikliklər yalnız mobil qurğulara aid ediləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL