waplog

“Microsoft” korporasiyası “Android” üçün “Office” paketinin bütün proqramlarını bir mobil tətbiqdə birləşdirib


“Microsoft” şirkəti “Android” platforması üçün ofis alətlərinin bütün paketini özündə birləşdirən yeni “Office” proqramının beta sınaqlarına başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “Microsoft Office: Word, Excel, PowerPoint” adlı mobil tətbiq ofis sənədləri, cədvəllər və təqdimatlarla işi, həmçinin birgə redaktə və fayllara ümumi girişi dəstəkləyir.

 

Yeni mobil tətbiqin özəlliklərindən biri şəkillərdən PDF fayllar hazırlamaq və ya “Word”, “Excel” və “PowerPoint” fayllarını PDF formatına çevirmək imkanıdır. Bu faylları elektron imza ilə imzalayıb göndərmək olar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL