waplog

“Apple”ın əməliyyat sistemində şifrlənmiş məktubları oxumağa imkan verən boşluq aşkar edilib


“MacOS” əməliyyat sistemi istifadəçilərinin məxfilik problemi haqqında məlumat yayılıb. Məlum olub ki, daxili poçt kliyenti şifrlənmiş məktubları “snippets.db” verilənlər bazasında yerləşdirilmiş sadə mətn kimi saxlayır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bu problem haqqında informasiya təhlükəsizliyi üzrə mütəxəssis Bob Qendler məlumat verib. O, bu barədə hələ 2019-cu ilin iyulunda “Apple” şirkətinə xəbərdarlıq etmişdi, amma şirkət ancaq bir neçə ay sonra reaksiya verib.

 

Qendlerin sözlərinə görə, istifadəçi “Apple Mail” proqramını şifrlənmiş məktubların göndərilməsi və qəbulu üçün konfiqurasiya etsə də, “Siri” səs köməkçisi məktubların yalnız şifrlənməmiş versiyalarını toplayacaq və onları “snippets.db” faylında saxlayacaq. Sözügedən problem “macOS” sisteminin bütün versiyalarına aiddir.

 

"Əslində bu, çox ciddi problemdir. Hökumət, korporasiyalar və sadə istifadəçilər hesab edirlər ki, onların məktubları şifrlənib və qorunub, açıq şəkildə saxlanılan məlumatlar sürpriz olacaq" – mütəxəssis deyib.

 

“Apple” korporasiyasının rəsmiləri əmin ediblər ki, aşkar edilmiş boşluq “macOS” əməliyyat sisteminin növbəti yeniləmələrindən birində aradan qaldırılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL