waplog

“Lenovo” şirkəti 5 düymlü ekrana malik “Android” planşetini hazırlayır


“Engadget” saytı “Lenovo” şirkətinin hələ elan edilməmiş qurğusunun bir neçə şəklini dərc edib. Qurğu 5 düymlü ekranla təchiz edilib və “Dell Streak” planşetini xatırladır. Yeniliyin ikinüvəli prosessorla təchiz olunduğu və “Android” (platformanın versiyası adlanmır) əməliyyat sistemi ilə işlədiyi bildirilir.

Fotolara baxdıqda planşetin “microUSB” portu, “HDMİ” çıxışı, ön kamera ilə təchiz olunduğu görünür. Qiymət, reliz tarixi və hətta qurğunun adı da naməlumdur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL