waplog

“Instagram” bütün dünyada laykların sayını gizlətməyə başlayıb


Bu gündən etibarən postların altında laykların sayı “Instagram” istifadəçilərinə göstərilməyəcək. Bu haqda sosial şəbəkə öz “Twitter” mikrobloqunda məlumat paylaşıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, məlumata görə, sınaq proqramı indi bütün ölkələrdə əlçatan olacaq, ancaq sosial şəbəkənin hesabları hansı prinsip üzrə seçəcəyi açıqlanmayıb. Yenilik həm şəkil, həm də videoları əhatə edir.

 

Sosial şəbəkənin laykları ləğv etməyi nəzərdən keçirməsi bu ilin aprelində məlum olmuşdu. “Instagram” proqramının mütəxəssisləri istəyirlər ki, istifadəçilər laykların sayı haqqında deyil, postlar barədə düşünsünlər.

 

İyulun 18-də “Instagram” sınaq rejimində postların altında laykların sayını gizlətmişdi. O zaman yenilik Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada əlçatan idi.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL