waplog

“Telegram” yaradıcısı: “WhatsApp”da istifadəçi məlumatları qorunmur”


"Telegram" messencerinin yaradıcısı Pavel Durov "WhatsApp" mobil əlavə istifadəçilərini mümkün haker hücumları səbəbindən onu ləğv etməyə çağırıb. Bu barədə şirkət rəhbərinin "Telegram" kanalında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, onun sözlərinə görə, "WhatsApp"da istifadəçi məlumatları qorunmamaqla yanaşı, ondan, həmçinin messencerə aidiyyəti olmayan fotoşəkil və bildirişlərin izlənilməsi üçün zərərli kompüter proqramı qismində istifadə olunur. P.Durov qeyd edib ki, mobil əlavədə boşluqlar istifadəçilərin şəxsi məlumatlarının haker və dövlət müəssisələri tərəfindən ələ keçirilməsinə imkan verir. "Hakerin istifadəçinin məlumatlarını oğurlaması üçün ona video göndərməsi kifayət edir", – o bildirib.

 

Onun fikrincə, buna səbəb messencerin məxsus olduğu "Facebook" şirkətinin ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) əhali haqqında məlumatların toplanılması üzrə proqramda (PRISM) iştirak etməsidir. "Fotoşəkil və bildirişlərin başqalarının əlinə keçməməsi üçün telefondan "WhatsApp" messencerini silmək tələb olunur", – P.Durov vurğulayıb.

 

Qeyd edək ki, mayda "Telegram" yaradıcısı "WhatsApp" messencerinin istifadəçilər üçün heç vaxt təhlükəsiz olmamasını və olmayacağını bəyan edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL