waplog

“Microsoft” korporasiyası “Kinect” kontrollerinin “Windows” üçün versiyasını təqdim edib (VİDEO)


“Microsoft” korporasiyası “Kinect” kontrollerinin “Windows” əməliyyat sistemi ilə işləyən kompyuterlər üçün yeni versiyasını təqdim edəcək. Bu barədə  “Kinect for Windows” bloqunda bildirilib. Qeyd edək ki, hazırda “Kinect” yalnız “Xbox 360” oyun konsolu üçün istehsal edilir.

“Windows” üçün “Kinect” orijinal kontrollerdən həm aparat, həm də proqram səviyyəsində fərqlənəcək. Kontrolleri sistem bloku ilə birləşdirən kabel daha qısa olacaq. “Kinect”də "Yaxın rejim" (Near Mode) meydana gələcək: istifadəçi və kontroller arasındakı minimal məsafə “Xbox 360” üçün versiyada olduğu kimi 1-2 metr deyil, 40-50 santimetr təşkil edəcək.

“Windows” üçün “Kinect” kontrollerinin çıxış müddəti və qiyməti hələ bildirilmir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL