waplog

"Kasperski laboratoriyası" öz smartfonunu təqdim edəcək


"Kasperski laboratoriyası" təhlükəsiz smartfon istehsalını planlaşdırır. Qurğu korporativ sektor üçün nəzərdə tutulub. Bu haqda “KasperskyOS” biznes inkişaf istiqamətinin direktoru Qriqori Sizov deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mütəxəssis “KasperskyOS” əsasında işləyən smartfonun korporasiya və biznes sektoruna maraqlı ola biləcəyini söyləyib. Onun sözlərinə görə, hazır məhsula əlavə təhlükəsizlik vasitələri lazım olmayacaq. "Sistemin quraşdırıldığı qurğuya hücumun dəyəri dəyən zərərdən daha çox olmalıdır" – Sizov deyib.

 

"Kasperski laboratoriyası"nın rəsmiləri hesab edirlər ki, belə cihaz geniş istehlakçı kütləsinə maraqlı olmayacaq. İndi şirkət prosessor istehsalçıları ilə danışıqlar aparır, biznes modellərini araşdırır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL