waplog

“Apple” korporasiyası köhnə “iPhone” üçün yeniləmə çıxarıb


"Apple" şirkətinin 2013-cü il istehsalı olan smartfonunda və başqa qurğularda sistem yeniləməsi həyata keçirilib. Proqram yeniləməsi sözügedən qurğuların sahibləri üçün gözlənilməz olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "iOS 12.4.4" yeniləməsi yalnız köhnə "iPhone" və "iPad" üçün nəzərdə tutulub. Yeni proqram təminatı "iPhone 5s" və "6", birinci nəsil "iPad Air", "iPad mini 2" və "3" üçün çıxarılıb. "iOS" yeniləməsi, həmçinin "iPod Touch 6" pleyeri üçün əlçatandır.

 

Mütəxəssislər bildiriblər ki, "Apple" aktual əməliyyat sistemini dəstəkləməyən köhnə smartfon və planşetləri yalnız kritik boşluqlar aşkar edildikdə yeniləyir. Adətən bu qurğular yeniləmə almırlar, ancaq hansısa səbəbdən istehsalçı bu dəfə istisna edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL