waplog

“HiddenRadio & Bluetooth Speaker”


“HiddenRadio & Bluetooth Speaker” layihəsinin iştirakçıları portativ qurğular üçün orijinal akustik sistem hazırlayıblar.

Qurğunu aktivləşdirmək üçün yuxarı hissəni çevirərək dinamiki açmaq kifayətdir. Səs səviyyəsi 80 desibelə (db) çatır. İddia edilir ki, akkumulyator batareyasının bir dəfə yüklənməsi 30 saat səslənməyə çatacaq.

Audiosistem portativ qurğulardan “Bluetooth” simsiz əlaqəsi vasitəsilə siqnal ala bilər. Bundan əlavə, istehsalçılar 3,5 mm audioçıxış da nəzərdə tutublar. Həmçinin, daxili “AM/FM” radiotyuneri var. “HiddenRadio & Bluetooth Speaker” planşet kompyuter, smartfon, noutbuk və digərləri ilə istifadə edilmək üçün uyğundur.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL