waplog

“Microsoft Office 15” paketinin beta-testi yanvar ayında başlanacaq


Veb-mənbələrin məlumatına əsasən, “Microsoft” korporasiyası yanvar ayının 10-dan 13-dək Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək “CES - 2012” sərgisində “Office 15” paketinin ilkin versiyasını təqdim edəcək.

“Ofis” proqramları sensor ekranlı qurğulara uyğunlaşdırılmış, əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş interfeysə malik olacaqlar. İstifadəçilər onları həm “siçan” və klaviatura vasitəsi ilə, həm də barmaq və ya elektron qələm ilə idarə edə biləcəklər.

“Office 15” paketinin tərkibinə hal-hazırda “Moorea” adı ilə tanınan yeni proqram daxil olacaqdır . O, "sənəd və şəkil üzrə sürətli naviqasiya mərkəzi" olmalıdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL