waplog

“Intel” korporasiyası süni intellektə malik çip istehsalçısını satın alıb


Bir vaxtlar mobil bazara çıxış üçün əlverişli məqamı əldən vermiş, ilk “iPhone” üçün prosessor tədarükündən imtina etmiş “Intel” korporasiyası eyni səhvləri təkrarlamaq niyyətində deyil. Şirkət süni intellektlə bağlı texnologiyalara böyük sərmayə yatırmağa davam edir və bu həftə İsrailin süni intellektə malik çip istehsalçısı – “Habana Labs” şirkətini satın alıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, razılaşmanın dəyəri 2 milyard dollar məbləğində qiymətləndirilir. Müqavilənin şərtlərinə görə, startap “Intel” korporasiyasının müstəqil biznes bölməsi olacaq. “Habana Labs” şirkətinin qərargahı İsraildə qalacaq, onun idarə heyəti isə öz tərkibini saxlayacaq.

 

2016-cı ildə Təl-Əvivdə təsis edilmiş “Habana Labs” şirkətinin ən populyar həlləri məlumatların işlənməsi mərkəzləri üçün nəzərdə tutulmuş “Goya” və “Gaudi”dir.

 

“Intel”in proqnozuna görə, 2024-cü ildə süni intellekt texnologiyalar bazarının həcmi 24 milyard dollara yaxınlaşacaq. 2019-cu ilin nəticəsinə görə, firma bu istiqamətdə 3,5 milyarddan çox gəlir qazanmağı planlaşdırır ki, bu da 2018-ci illə müqayisədə 20% daha çoxdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL