waplog

“Windows 10” istifadəçilərinin brauzeri avtomatik əvəzlənəcək


“Microsoft” şirkəti 15 yanvar 2020-ci il tarixində – “Windows 10” əməliyyat sisteminin növbəti yenilənməsi buraxıldıqdan sonra istifadəçiləri məcburi qaydada yeni “Edge” brauzerinə keçirəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Google” texnologiyalarına əsaslanan yeni “Microsoft” brauzeri “Windows Update” xidməti (Windows yenilənmə mərkəzi) vasitəsilə avtomatik quraşdırılacaq. Yenilənmə 1803 (April 2018 Update) və daha yuxarı “Windows 10” sistemli bütün qurğulara şamil ediləcək.

 

Brauzerin köhnə versiyasının saxlanılma və istifadə imkanı nəzərdə tutulmayıb. “Chromium” əsaslı “Edge” brauzeri fonlu rejimdə quraşdırılacaq – istifadəçilər yeni proqrama keçməyə məcbur olacaqlar.

 

Məcburi brauzer əvəzlənməsi yalnız sistem inzibatçıları tərəfindən bloklana bilər. Şirkət əməkdaşlarının köhnə “Edge” brauzerindən istifadəni davam etdirməsi üçün “Blocker Toolkit” alətinin yüklənilməsi tələb olunacaq.

 

Yeni “Edge” brauzerinin vacib xüsusiyyəti “Google” brauzeri üçün yaradılan kənar proqram genişləndirmələrinin qoşulması imkanına malik olmasındadır. Əlavələri həm “Microsoft Store”, həm də “Chrome Web Store” mağazalarından yükləmək mümkündür. Köhnə “Edge” brauzerində bu imkan “Microsoft” şirkəti tərəfindən təhlükəsizlik məsələləri ilə bağlı yürüdülən ciddi siyasətə görə məhdudlaşdırılıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL