waplog

“Apple” oyun kompüteri buraxacaq


“Apple” şirkəti video oyunlar üçün kompüterin buraxılışını planlaşdırır. Bu barədə “Patenty Apple” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, peşəkar oyun həvəskarları üçün nəzərdə tutulan model yüksək məhsuldarlıq və baha qiyməti ilə seçiləcək. Qiyməti 5 min dollar təşkil edəcək kompüter ya monoblok form-faktorunda ya da böyük ekranlı noutbuk şəklində buraxılacaq.

 

Məlumata görə, kompüterin yığılması ilə “Quanta”, “TSMC” şirkətləri, “Hongzhun” və “Kecheng” korpus istehsalçıları və digər “Apple” podratçıları məşğul olacaq. “Mac” seriyasında, prinsipcə, yeni qurğunun nümayişi iyunda keçiriləcək “WWDC 2020” tərtibatçılar konfransında baş tutacaq.

 

Bildirilir ki, “Apple” artmaqda olan kiberidman və video oyunlar bazarına maraq göstərir. Məsələn, sentyabrda şirkət tərəfindən “Apple” ekosisteminə daxil olan bütün qurğularda abunə ilə istifadəyə imkan verən “Arcade” oyun servisi istifadəyə verilib. Bununla yanaşı, “Mac” kompüterlərinin əsas seriyası ilk növbədə video oyunlara deyil, iş və yaradıcılığa aid edilir.

 

Hazırda “Apple” şirkətinin ən məhsuldar kompüteri “Mac Pro” hesab edilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL