waplog

“Xiaomi” şirkəti “Mi Band”in ucuz əvəzetməsini təqdim edib


"Xiaomi" şirkəti ucuz "Haylou LS01" "ağıllı" saatını təqdim edib. Model idman funksiyalarına və pulsometrə malikdir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, qurğu düzbucaqlı 1,3 düymlük LCD displey və silikon kəmərlə təchiz edilib. Cihazın iç tərəfində pulsometr quraşdırılıb, aksesuar "IP68" standartı üzrə su və toza qarşı dayanıqlıdır. "Haylou LS01" aparatı 14 gün avtonom işləməyə imkan verən 210 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

 

"Xiaomi Haylou LS01" "smart" saatı funksiyalar baxımından eyni istehsalçının "Mi Band"nə uyğundur. Sözügedən "smart" saat daxili addımölçəndən başqa 9 təlim rejiminə malik xüsusi proqram təminatına malikdir. Həmçinin aksesuar yuxunun keyfiyyətinə nəzarət edə bilir, "ağıllı" zəngli saata malikdir. Qurğu "Android" və "iOS" sistemli smartfonlarla işləyə bilər.

 

"Ağıllı" saatın qiyməti 99 yuan təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL