waplog

Növbəti qabaqcıl “Samsung” smartfonu necə adlanacaq?


“Samsung” şirkəti qabaqcıl smartfonların adında seriya nömrəsini dəyişdirmək niyyətindədir. Belə ki, “Galaxy S10” smartfonundan sonra buraxılacaq növbəti model “Galaxy S11” yox, “Galaxy S20” adlanacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, bu barədə əvvəllər “Samsung” və digər istehsalçılar tərəfindən buraxılacaq smartfonlar haqqında dürüst məlumatlar dərc edən “UniverseIce” bloqunun “Twitter” hesabında deyilir.

 

Cənubi Koreya istehsalçısı modellərin seriya nömrəsini sonuncu dəfə 2016-cı ildə dəyişib. O zaman “Galaxy Note5” əvəzinə, “Galaxy Note7” təqdim olunub.

 

“Galaxy S11/S20” smartfonunun təqdimatı 2020-ci il fevralın ortalarında və ya ikinci yarısında gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL