waplog

Yeni alqoritm bir neçə saniyə ərzində insan sifətini istənilən şəklə yerləşdirir


“Doublicat” mobil proqramında işləyən yeni alqoritm bir neçə saniyə ərzində istənilən şəklə insan sifətini yerləşdirə bilər. Sözügedən alətin yaradıcıları bildiriblər ki, onlar istifadəçilərin fərdi məlumatlarını toplamırlar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün əlçatan olan “Doublicat” mobil proqramının istifadəsi çox asandır: şəkil çəkmək, bundan sonra əsl sifəti öz üzünüzə dəyişmək istədiyiniz yerdə GIF seçmək lazımdır. Tərtibatçılar “RefaceAI” – “Generative Adversarial Network” (GAN) istifadə ediblər.
 
Mobil tətbiq insanların şəkillərini emal etdikdən sonra dərhal onları silir. “TheNextWeb” nəşrinin müəllifi qeyd edir ki, 2020-ci ildə oxşar funksionallığa malik bir neçə alət də təqdim edilə bilər. İlkin açıqlamalara görə, “TikTok” və “Snapchat” sosial şəbəkələri də bu texnologiyanı öz platformalarında tətbiq etməyi planlaşdırırlar.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL