waplog

Kuru kosmodromundan “Ariane 5” raketdaşıyıcısı buraxılıb


Avropanın “Ariane 5” raketdaşıyıcısı Fransa Qvianasında Kuru kosmodromundan buraxılıb. “Arianespace” şirkəti raketdaşıyıcının buraxılışını canlı yayımda aparıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, raket Fransa və Hindistanın telekommunikasiya peyklərini (“Eutelsat Konnect” və “GSAT-30”) orbitə çıxarmalıdır.

 

“Arianespace” şirkətindən bildirilib ki, “Eutelsat Konnect” peyki Afrikanın 40 və Qərbi Avropanın 15 ölkəsində rəqəmli fərqin xeyli azalmasını təmin edəcək. “GSAT-30” peyki Hindistan Kosmik Tədqiqatlar Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanıb. Bu peyk Hindistan ərazisində yüksək keyfiyyətli televiziya, telekommunikasiya və radio yayım xidmətlərini təmin edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL