waplog

“Xiaomi” 5 cihaz üçün universal enerji doldurma qurğusunu təqdim edib


“Xiaomi” şirkəti “Youpin” kraudfandinq platformasında çoxsaylı cihazların sahibləri üçün nəzərdə tutulmuş “C-bit” universal enerji doldurma blokunu təqdim edib. Yenilik eyni anda 5-dək qurğunu sürətli şəkildə enerji ilə doldurmağa imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 96 Vatt nominal gücə malik olan enerji doldurma qurğusu 5 konnektorla təchiz edilib: 15 vatt çıxış gücünə malik iki “USB Type-A”, 15 vattlıq “USB Type-C” və 60 vattlıq bir “USB Type-C”. Sonuncu noutbukları enerji ilə doldurmağa imkan verir. Digər portlar smartfon, planşet və başqa mobil cihazlar üçün uyğundur.

 

Aksesuar Avropa, Britaniya və ABŞ elektrik konnektorları ilə tədarük edilir ki, bu da ondan bütün dünyada istifadəyə imkan verir. Tədarük dəstinə, həmçinin 1 metr uzunluğunda kabel daxildir.

 

Çin bazarında “C-bit” qurğusunun qiyməti təxminən 36 dollar təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL