waplog

Planşetə çevrilən “ProBook x360 435 G7” noutbuku nümayiş olunub


“HP” şirkəti transformer form-faktorunda hazırlanan “ProBook x360 435 G7” noutbukunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, noutbuk anodlaşdırılmış alüminiumdan hazırlanmış nazik korpusa malikdir. İstehsal zamanı bir sıra dözümlülük sınaqlarından keçən noutbukun “MIL-STD-810” hərbi standartına uyğunluğu təsdiqlənib.

 

“HP ProBook x360 435 G7” qurğusunda opsiya qismində “AMD Ryzen 4000” prosessorlarının quraşdırılması imkanı nəzərdə tutulub. Bundan başqa, “HP Fast Charge” texnologiyasının dəstəklənməsinin tətbiqi sayəsində qurğunu 30 dəqiqə ərzində 0 faizdən 50 faizədək enerji ilə doldurmaq mümkündür.

 

Yeni qurğu təkmilləşdirilmiş təhlükəsizlik funksiyalarını dəstəkləyir və “HP Sure Start for AMD” həlli sayəsində məxfiliyi “BIOS” səviyyəsində təmin edir. “HP Sure Sense” həlli vasitəsilə hücumları aşkarlamaq və bloklamaq, məlumat sızması baş verməmişdən əvvəl onun qarşısını almaq mümkündür. “HP Sure View Gen” opsional funksiyası ekranda informasiyanın kənar şəxslər tərəfindən görülməsinə imkan vermir, quraşdırılmış “HP Privacy Camera” funksiyası isə kamera obyektivini bağlayır.

 

Noutbuku, həmçinin ondan qrafik planşet qismində istifadəyə imkan verən “HP Pro Pen” elektron qələmi ilə təchiz etmək olar. Opsional olaraq noutbuk stabil qoşulmaya və məlumatların yüksək sürətlə ötürülməsinə zəmanət verən “Wi-Fi 6” simsiz standartının dəstəklənməsini nəzərdə tutur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL