waplog

İlk “Realme” smart televizorları buraxılacaq


Çinin “Realme” şirkəti internetə qoşulma imkanına malik “ağıllı” televizorlar bazarına daxil olmağa hazırlaşır. Bu barədə şirkətin marketinq üzrə direktoru Frensis Van bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, onun sözlərinə görə, ilk “Realme” smart televizorları fevralın 24-27-də İspaniyanın Barselona şəhərində keçiriləcək “Mobile World Congress (MWC) 2020” mobil sənaye sərgisində nümayiş olunacaq.

 

Təqdim ediləcək televizorların texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, onların diaqonal ölçülərinin 40-50 düym təşkil edəcəyi ehtimal olunur.

 

“Realme” “ağıllı” televizorlarının ilin birinci yarısında inkişaf etməkdə olan ölkələrin bazarlarında satışa çıxarılması planlaşdırılır.

 

Qeyd edək ki, 2018-ci ilin mayında rəsmən təqdim edilən “Realme” brendi məşhur smartfon tədarükçülərindən biridir. Şirkətin istehsal etdiyi məhsul çeşidinə “Realme X”, “Realme X Master Edition”, “Realme XT”, “Realme X50 5G” və s. kimi mobil qurğular daxildir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL