waplog

“Twitter”də saxta şəkil və videolar xüsusi işarə ilə qeyd olunacaq


2020-ci ilin martından “Twitter” sosial şəbəkəsi istifadəçi hesablarındakı yanlış məlumat yayan və insanlara zərər vuran saxta media materialları xüsusi işarə ilə qeyd edəcək. Bu haqda şirkətin nümayəndələri məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, şirkətin saytındakı məlumata əsasən, şəkil və videolar xüsusi indikatorla işarələnəcək və bu, həmin media faylların saxta olduğunu göstərəcək.

 

Məlumata görə, sözügedən funksiya martın 5-dən istifadəyə veriləcək.

 

ABŞ-ın “Twitter Inc.” şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin əsas həlli qısa mesajlarla mübadilə üçün sosial şəbəkədir. Mənzil-qərargahı San-Fransiskoda yerləşir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL