waplog

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb


Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyası (CASC) məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, məlumata görə, peyklərin buraxılması yerli vaxtla saat 05:07-də Siçuanın cənub-qərb əyalətindəki kosmodromdan "Çançjen-2D" (CZ-2D) raketdaşıyıcısının köməyi ilə reallaşdırılıb.

 

Bildirək ki, Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, həmçinin Ayın öyrənilməsi üçün texnologiyalar hazırlayaraq milli kosmik proqramı aktiv şəkildə inkişaf etdirir. Bundan başqa, Çin alimləri asteroid və Mars planetinin öyrənilməsi üçün layihə reallaşdırırlar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL