waplog

Yaponiya Marsın peykinə kosmik zond göndərəcək


Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentlyi (JAXA) Marsın Fobos peykinə zond göndərmək planı haqqında məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin ekspertlər komitəsi artıq bu layihəni təqdir edib.
 
Tədqiqatçılar 2024-cü ildə Fobos peykinə zond göndərəcək və 2029-cu ildə onun səthindən götürülmüş nümunələr Yer kürəsinə çatdırılacaq. Onların sözlərinə görə, bu, dünyada ilk belə missiyadır.
 
Alimlər ümid edirlər ki, bu layihə Marsın peyklərinin yaranmasına və Günəş sistemi planetlərinin formalaşması prosesinə aydınlıq gətirəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL