waplog

“Google” axtarış sisteminin alternativi təqdim olunub


“Huawei” şirkəti “Google” servisinin alternativi olan xidmət təqdim edib. Söhbət “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün hazırlanan axtarış sistemindən gedir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Huawei Search” adlı axtarış sistemi internetdə axtarış nəticələrinin göstərilməsini dəstəkləməklə yanaşı, informasiyanı “Xəbərlər”, “Şəkillər” və “Video” kateqoriyaları üzrə bölür, eləcə də ölçü vahidlərini çevirir, hava haqqında ətraflı məlumatlar göstərir və axtarış nəticələrinə smartfona quraşdırılmış mobil əlavələri daxil edir. Quraşdırmalarda istifadəçi sorğu tarixçələrinə baxa və ya onu söndürərək servisin işi barədə rəy yaza, regionu və dili dəyişə, eləcə də təhlükəsiz axtarış funksiyasını aktivləşdirə bilər.

 

Yeni servisin beta testinə Birləşmiş Ərəb Əmirliklərinin ərazisində başlanılsa da, artıq “Huawei Search” axtarış sistemini “APK” (Android Package) formatlı fayl şəklində müstəqil quraşdırma üçün yükləmək mümkündür.

 

Qeyd etmək lazımdır ki, söhbət mobil əlavənin ilkin versiyasından gedir və stabil versiyanın buraxılışından sonra onun funksionallığına dəyişikliklər oluna bilər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL