waplog

“Microsoft” korporasiyası “Build” konfransını onlayn formatda keçirəcək


“Microsoft” korporasiyası koronavirus pandemiyası səbəbindən 2020-ci ilin 19-21 may tarixlərində Sietldə keçirilməsi planlaşdırılan “Build” konfransının ləğv edilməsini rəsmən elan edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndələri bildiriblər ki, “Microsoft Build” illik tədbirini rəqəmli formatda, yəni onlayn formatda keçirəcək.

 

2019-cu ildə “Microsoft” şirkəti “Windows 10” və “Minecraft AR” üçün yeni “Linux” nüvəsini nümayiş etdirmişdi. Bu il şirkətin “Windows 10x” əməliyyat sistemi və ikiekranlı qurğular haqqında məlumat verəcəyi gözlənilir.

 

Daha əvvəl “Facebook” və “Google” kimi digər nəhəng texnologiya şirkətləri, həmçinin koronavirusa görə öz tədbirlərini ləğv etməli olublar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL