waplog

“5G” şəbəkəsinin insan sağlamlığı üçün ziyanı ilə bağlı mübahisələrə son qoyulub


İonlaşdırılmayan Şüalanmadan Qoruma üzrə Beynəlxalq Komissiya (ICNIRP) son yeddi il ərzində elektromaqnit sahələrin təsirinə həssas insanlar üçün daha yaxşı müdafiəyə zəmanət verən tövsiyələr üzərində çalışıb. Yeni tövsiyələrə görə, "5G" üçün istifadə edilən tezliklər insan sağlamlığı üçün zərərsizdir. 1998-ci ildə qəbul edilən əvvəlki prinsiplərdə bu göstərilsə də, bu dəfə ona beşinci nəsil mobil rabitə şəbəkələrində istifadə edilən tezliklərə aid əlavə zəmanətlər daxil edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "ICNIRP" sədri Erik van Rongen bildirib: "Biz cəmiyyətin müəyyən qisminin "5G" şəbəkəsinə görə narahatlığından məlumatlıyıq. Bu səbəbdən ümid edirik ki, yenilənmiş təlimatlandırıcı prinsiplər insanlara özlərini daha rahat hiss etməyə imkan verəcək. Onlar bütün müvafiq elmi ədəbiyyat, seminar və geniş ictimai müzakirə prosesləri diqqətlə öyrənildikdən sonra hazırlanıb. Təlimat 100 kHz-300 QHs diapazonunda elektromaqnit sahələrlə əlaqədar sağlamlıq üçün elmi baxımdan əsaslandırılmış bütün mənfi nəticələrdən qorunmanı təmin edir".

 

Yeni təlimatda elektromaqnit sahələrin bütün insan orqanizminə və ya onun müəyyən hissəsinə təsiri ətraflı təsvir edilib. "ICNIRP" nümayəndəsi qeyd edib ki, "5G" yeni qaydalara əməl olunacağı təqdirdə insan sağlamlığı üçün ziyansız olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL