waplog

Koronavirus pandemiyasına görə “Computex” sərgisi təxirə salınıb


Rəqəmli texnologiyalar dünyasında növbəti populyar illik sərgi koronavirus pandemiyasına görə təxirə salınıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, iyunda keçirilməsi planlaşdırılan “Computex 2020” sərgisi rəsmi olaraq sentyabrın sonunadək təxirə salınıb.

 

Tayvanın Xarici ticarətin inkişaf şurası xüsusi press-relizdə bildirib ki, sərgi iştirakçıları və eksponat sahiblərinin sağlamlığı və təhlükəsizliyinin təmini, sərginin səmərəliliyi və brendin imicinin qorunub saxlanılması məqsədilə 2-6 iyun tarixlərində keçirilməsi planlaşdırılan “Computex” təxirə salınıb.

 

Yeni plana uyğun olaraq “Computex 2020” sərgisi 28 sentyabr 2020-ci il tarixində Taybeydə keçiriləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL