waplog

“Acer” şirkəti 500 dollar dəyərində ultrabuklar istehsal edəcəyinə söz verib


Ultrabukların qiyməti 2013-cü ildə 500 dollar olacaq. Bu barədə “Acer” şirkətinin rəhbəri Cim Vonq bildirib,- “DigiTimes” yazıb. Onun sözlərinə əsasən, qurğular artıq 2012-ci ilin ikinci rübündə əhəmiyyətli dərəcədə ucuzlaşacaq.

 

Tayvan korporasiyasının rəhbəri hesab edir ki, yaya yaxın ultranazik və məhsuldar leptopları 800-900 dollara almaq mümkün olacaq. Hal-hazırda ultrabuk modellərinin əksəriyyəti 1000 dollaradır. “Acer” şirkəti hər ay təxminən 100 min belə qurğu tədarük edir. Cim Vonq cari ilin sonuna aylıq tədarüklərin 250-300 min nüsxəyə qədər artacağını gözləyir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL