waplog

“Windows 10” sistemində “Samsung”un smartfonları üçün yeni funksiyalar əlçatan olub


“Microsoft” şirkəti “Windows 10” sisteminin “Android” smartfonlarla inteqrasiya prosesinə çoxdan başlayıb. Məsələn, kompüterin ekranında daxil olan mesajlara baxmaq və onlara cavab vermək olar. İndi isə ABŞ şirkəti qurğuların arasında faylların ötürülməsini xeyli asanlaşdırıb. Lakin bu yenilik hələ ki yalnız “Samsung” istifadəçiləri üçün əlçatandır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, kabel, “bulud” sistemi və ya elektron poçtun köməyi ilə smartfondan məlumatları noutbuka və ya əksinə göndərmək olar. “Windows 10”un son insayder quraşdırmasında yalnız “Galaxy” smartfonları üçün əlçatan olan daha əlverişli üsul bir qurğudan faylları digərinə asan şəkildə göndərməyə imkan verir.

 

Yeni funksiyadan istifadə etmək üçün “Microsoft”un "Sizin telefonunuz" və “Samsung”un “Link to Windows” proqramlarını quraşdırmaq lazımdır. Smartfondan məzmun göndərmək üçün qalereya və ya fayl menecerində onu seçib müvafiq ötürmə üsulunu qeyd etməlisiniz. Kompüterdən göndərmək üçün isə sənədləri "Sizin telefonunuz" proqramının pəncərəsinə daşımaq lazımdır. Qeyd edək ki, bir dəfəyə 100-dək fayl göndərmək olar, hər bir faylın ölçüsü 512 MB-ı ötməməlidir. Ötürülmə “Wi-Fi” vasitəsilə həyata keçirilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL