waplog

Xəstəxanalarda elektron nəzarət sistemi olacaq


2012-ci il yanvar ayının 1-dən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün xəstəxanalarda “Stasionarların fəaliyyətinə elektron nəzarət sistemi” tətbiq ediləcək.

 

Nazirliyin mətbuat xidmətindən “ictnews”-a verilən məlumata görə, artıq İctimai Səhiyyə və İslahatlar Mərkəzində tibb müəssisələrinin müvafiq işçi heyəti üçün təlimlərə start verilib.

 

Məlumata görə, ölkə üzrə tibb müəssisələrinin rəhbərləri və statistik şöbələrin işçiləri üçün təşkil olunan təlimlər dekabrın 16-dək davam edəcək.

 

Qeyd edək ki, elektron nəzarət sisteminə keçid səhiyyənin informasiyalaşdırılması sisteminin inkişaf etdirilməsinə dair Azərbaycan Respublikasının “Elektron Azərbaycan” Dövlət Proqramının icrası məqsədilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2011-2015-ci illər üzrə Strateji Planının təsdiq edilməsi haqqında” əmrinə uyğun olaraq verilib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL