waplog

Yeni “Huawei” televizoru buraxılıb


“Huawei” şirkəti yeni “Smart Screen V55i” “ağıllı” televizorunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Huawei Smart Screen V55i” televizoru “4K” təsvir ölçülü 55 düym diaqonallı “OLED” ekran, “HDR” standartı dəstəyi, eləcə də BT.709 və DCI-P3 rəng sahələrinin müvafiq olaraq 120 və 90 faiz əhatəsi ilə təchiz olunub. Təsvirin yüksək rəvanlığını görüntü keyfiyyətinin dinamik kompensasiyası (MEMC) texnologiyası həyata keçirir. Yeni qurğunun panelinin qalınlığı 6,9 mm təşkil edir.

 

Televizorun korpusunun yuxarı hissəsində yerləşən neyron hesablamalar bloku ilə təchiz edilmiş avtomatik irəliyə çıxan kamera jestlər vasitəsilə “ağıllı” evin idarə edilməsi üçün alət rolunda çıxış edir. Ondan, həmçinin zənglər və çoxistifadəli videokonfranslarda iştirak üçün istifadə mümkündür.

 

“Smart Screen V55i” modeli dördnüvəli “Honghu 818” (2 x Cortex-A73 2 x Cortex-A53) çipinin və “Mali-G51MP4” qrafik sürətləndiricisinin idarəetməsi ilə işləyir. Televizorun operativ yaddaş tutumu 4 giqabayt, quraşdırılmış yaddaşı isə 32 giqabayt təşkil edir. Üç tərəfdən nazik çərçivəyə malik yeni qurğunun ekranı ön panelin 96,2 faizini əhatə edir.

 

Aprelin 26-dan etibarən satışa çıxarılacaq “Huawei Smart Screen V55i” televizorunun 4/32 giqabaytlıq versiyasının qiyməti 537 dollara bərabər olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL