waplog

“Viber” messencerində adi çatlara avtomatik silinən mesajlar funksiyası əlavə ediləcək


“Viber” messencerinin tərtibatçıları messencerin funksionallığının genişləndirilməsini elan ediblər. Tezliklə istifadəçilər yalnız məxfi deyil, həm də adi çatlarda avtomatik silinən mesajlar göndərmək imkanı əldə edəcəklər. Bu, məlumatların təhlükəsizliyindən narahatçılıq keçirmədən vacib məlumatları paylaşmağa imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, istifadəçi mətn, video, foto və ya istənilən başqa fayl bərkidilmiş mesaj göndərərkən bir neçə saniyəlik, dəqiqəlik, saatlıq və ya günlük taymer quraşdıra biləcək. Qəbul edən tərəf mesajı görən kimi avtomatik silinmə üçün təyin edilmiş vaxt işə düşəcək.

 

Tərtibatçılar “Viber” messencerində yeni funksiyanın istifadəyə verilmə tarixi haqqında dəqiq məlumat verməyiblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL