waplog

“Nokia” klassik telefonlarını bərpa edəcək


“Nokia” şirkəti iki klassik telefonunu bərpa etməyə hazırlaşır. Onlardan biri 2017-ci ilin yenilənmiş modeli olacaq. Bu haqda tanınmış insayder Roland Kvandt öz “Twitter” hesabında yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Kvandt bildirib ki, “Nokia 150” və “125” modellərinin seriya nömrələrini aşkar edib. İnsayder qurğuların texniki xüsusiyyətləri haqqında informasiyanı açıqlamayıb, yalnız bildirib ki, telefonların qiyməti ucuz olacaq və yaxın vaxtlarda təqdim ediləcək.

 

“NokiaMob” saytının mənbələri Kvandtın informasiyasını təsdiq ediblər və qurğuların bəzi texniki xüsusiyyətlərini açıqlayıblar. Məsələn, qara rəngli korpusa malik “Nokia 150” aparatı iki SİM kart dəstəkləyəcək və qiyməti 42 avro olacaq. Eyni texniki xüsusiyyətlərə malik “Nokia 125” qurğusunun qiyməti 36 avro məbləğində qiymətləndiriləcək. Jurnalistlər belə hesab edirlər ki, düyməli cihazlar 2,4 düymlük rəngli ekran və əsas VGA kamera ilə təchiz ediləcək.

 

2017-ci ilin əvvəlində təqdim edilmiş “Nokia 150” aparatı “HMD Global” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış ilk qurğu olub. Ucuz aparat 2,4 düymlük TFT ekran, düyməli klaviatura, VGA kamera, həmçinin uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş batareya ilə təchiz edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL