waplog

Dünyada ən məhsuldar noutbuk təqdim olunub


Almaniyanın "XMG" şirkətinin "Apex 15" noutbuku ilin əvvəlində "CES-2020" sərgisində təqdim edilib. Noutbuk 16 nüvəli "AMD Ryzen 9 3950X" prosessoru, 250 QB-lıq SSD daşıyıcı və "Nvidia GForce RTX2060" diskret videokartı ilə təchiz edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, 3,5 QHs takt tezliyi, 16 nüvə, 32 axın və 73 MB keş yaddaşa malik "Ryzen 9 3950X" noutbuku 105 vatt gücündə istilik gücünə malikdir. Bu, rekord texniki xüsusiyyətlər üçün məcburi bir göstəricidir.

 

"XMG Apex 15" noutbuku artıq satışa çıxarılıb. "Ryzen 9 3950X" prosessoru və "GPU NVIDIA GeForce RTX 2070" ilə olan əsas konfiqurasiyanın qiyməti 2130 dollar təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL