waplog

Bu il tərtibatçılar üçün “Apple” konfransı onlayn rejimdə keçiriləcək


“Apple” şirkəti proqram tərtibatçıları üçün ənənəvi “WWDC” konfransının iyunun 22-də koronavirus pandemiyası səbəbindən onlayn rejimdə keçiriləcəyini açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, bundan başqa, tərtibatçı tələbələr üçün “Swift Student Challenge” adlı müsabiqənin keçirilməsi nəzərdə tutulur. İştirakçılara miniəlavələrin “Swift” dilində təqdim edilməsi təklif olunacaq. Müsabiqədə akkreditasiya edilmiş təhsil müəssisələrinin 13 yaşından yuxarı şagirdləri, eləcə də tərtibatçılar üçün “Apple” akademiyasının dinləyiciləri iştirak edə bilər.

 

Qeyd edək ki, “WWDC” konfransında “Apple” şirkəti tərəfindən adətən qurğular üçün əməliyyat sistemlərinin yeni versiyaları nümayiş olunur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL