waplog

Regionlarda peşə bayramı qeyd edilir


Ağcabədidə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildiriblər.

 


Telekommunikasiya qovşağında keçirilən tədbirdə çıxış edənlər rabitə və informasiya texnologiyaları sahəsi işçilərini peşə bayramı münasibətilə bütün rabitəçiləri  təbrik etmiş, Azərbaycanda rabitə sektorunun yaranması və inkişafı, son illər ölkədə və rayonda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə olunmuş nailiyyətlər haqqında danışaraq göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarının bildiriblər.

 


Qeyd edilib ki, Azərbaycanda rabitə və İKT sektorunun sürətli inkişafı ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində əldə olunub.

 

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü də məhz dövlətimizin başçısı İlham Əliyevin rabitəçilərə göstərdiyi qayğının təcəssümüdür.
Tədbirdə qabaqcıl rabitə işçilərinə hədiyyələr verilmişdir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL