waplog

“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir


Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımdan "Android" sistemi də istisna deyil. Mütəxəssislər sözügedən mobil əməliyyat sisteminin təhlükəsizlik sistemində kritik boşluq aşkar ediblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "Promon" şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri başqa proqramların adı altında maskalanan yeni zərərverici proqram təminatının ("Stranghogg 2.0") aşkar edilməsi haqqında məlumat veriblər. Əsas təhlükə ondan ibarətdir ki, virus telefona quraşdırılandan sonra onu aşkar etmək, demək olar ki, mümkün deyil. "Android" sisteminin 10-a kimi bütün versiyalarında bu boşluq mövcuddur. Beləliklə, dünyada milyardlarla qurğu ciddi təhlükə altındadır.

 

Mütəxəssislərin sözlərinə görə, virus istənilən mobil tətbiqə, həmçinin ikimərhələli autentifikasiya (2FA) ilə qorunan tətbiqlərə asanlıqla giriş əldə edir: boşluq təhlükəsizlik kodları ilə daxil olan SMS-i oxuyur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL