waplog

“Android 11” sisteminin buraxılışı təxirə salınıb


“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə tutulan təqdimatını ləğv edib. Bu barədə “Android” proqram tərtibatçılarının rəsmi “Twitter” hesabında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, bəyanata görə, tədbir və “Android 11” əməliyyat sisteminin beta versiyasının buraxılışı qeyri-müəyyən müddətə təxirə salınıb.

 

İstifadəçilərin fikrincə, əməliyyat sisteminin yeni versiyasının buraxılışı ABŞ-da etiraz aksiyalarına görə ertələnib.

 

İstifadəçilərin bir qismi şirkətin qərarını dəstəkləyib, digəri narazı qalıb.

 

“Android 11” sisteminin mayın ortalarına planlaşdırılan təqdimatı bundan əvvəl koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Martın 3-də “Google” şirkəti ölümcül virusun yayılmasından ehtiyat edərək illik tədbirin keçirilməsindən imtina edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL