waplog

“WhatsApp”da mesajların axtarışı üzrə yeni funksiya əlçatan olacaq


“WhatsApp” messencerinin tərtibatçıları tarixi göstərməklə mesajları tez bir zamanda axtarmağa imkan verən yeni funksiyanı sınaqdan keçirirlər. Bu haqda “WABetaInfo” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, messencer indi də mesajların axtarışı üçün funksiyanı dəstəkləyir, ancaq bəzi istifadəçilər müəyyən bir gündə göndərilmiş və ya qəbul edilmiş lazımi informasiyanı tapmaqda çətinlik çəkirlər.

 

Məlumata görə, indi funksiya alfa sınaq mərhələsindədir.

 

Xatırladaq ki, aprelin sonunda messencer qrup zəngləri üçün yeni funksiya istifadəyə verib. Söhbətdə iştirak edənlərin maksimal sayı 8-dək artırılıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL