waplog

“Twitter”də səsli mesajlar yazmaq imkanı əlçatan olacaq


“Twitter” mikrobloqlar xidməti öz rəsmi hesabında səsli tvitlərin əlçatan olması haqda məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, artıq xidmətin istifadəçiləri səsli mesajlar yazmaq imkanına malikdirlər. Hələ ki yenilik yalnız “iOS” platformasının idarəetməsi altında işləyən qurğular üçün əlçatandır.

 

Səsli mesajın müddəti 140 saniyəyədək ola bilər. Bu limit həddini keçdikdə səsli mesaj bir neçə səsli tvitə bölünəcək.

 

Məlumata görə, səsli mesajlar tədricən başqa platformalarda da əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL