waplog

“Apple” korporasiyasının yeni "kosmik" ofisi


“Apple” şirkəti bu gün yeni "kosmik" ofis haqqında məlumat dərc edib. Şirkət ofisi özü üçün doğma olan Kupertino (Kaliforniya ştatı) şəhərində açmağı planlaşdırır. “Apple” şirkəti ikinci əsas ofis binasının yaradılması layihəsini  hələ 1 il yarım əvvəl planlaşdırmışdı, həm də o zaman bu işə şəxsən mərhum Stiv Cobs nəzarət edirdi.

Bu gün Kupertino şəhər şurasının saytında “Apple” korporasiyasının yeni binası haqqında daha ətraflı məlumatlar yerləşdirilib. Şirkət binanı "yerə enmiş kosmik gəmi" və ya "nəhəng bublik" ilə müqayisə edir.

Əvvəlki məlumatlara əsasən, “Apple” korporasiyasının yeni ofisində  təxminən 12000 insan çalışmalıdır. Yeni kampusun əsas xüsusiyyətlərindən biri özü üçün elektrik enerjisi yaratmasıdır. Yeni bina 4 mərtəbəli olacaq.
“Apple” korporasiyası bu ərazini “Hewlett-Packard” şirkətindən satın alıb.

Bu ərazini 1969-cu ildə “HP” şirkətinin ehtiyacı ilə bağlı  Devid Pakkard və Bil Xyulett  satın alıblar. “Apple” rəhbəri qeyd edib ki, yeni binada kifayət qədər böyük avtodayanacaq olacaq, lakin kampusun təxminən 80%-i  yaşıllıq olacaq. Avtodayanacağın genişlənməsinə ehtiyac olsa, yeraltı mərtəbə yaradılacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL