waplog

“Apple” korporasiyası “Intel” prosessorlarından imtina etdi


“Apple” korporasiyası öz kompüterlərində "Intel” prosessorlarından imtina edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiyanın rəsmisi bildirib ki, yeni “Mac” kompüterlərində öz istehsalı olan çiplərdən istifadə ediləcək. Məlumata görə, yeni prosessorlar daha yaxşı məhsuldarlıq, enerji səmərəliliyi, digər aparat və proqram təminatı ilə uyğunluq təmin edir. Bu halda çiplər “iPhone” və “iPad”da istifadə olunandan fərqlənəcək.

 

Yeni prosessorlara keçidi elan edən “Apple”ın direktoru Tim Kuk deyib ki, şirkətin öz istehsalı olan çiplərə keçidi tarixi hadisədir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL