waplog

“Apple” şirkəti “iOS 14” sistemini təqdim edib


“Apple” şirkəti “WWDC 2020” konfransında “iPhone” üçün əməliyyat sisteminin növbəti versiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, nümayiş etdirilmiş “iOS 14” sistemi yenilənmiş vidcetlər əldə edib. Vidcetləri tənzimləmək və onları yerləşdirmək üçün konkret yer seçmək olar. Bundan başqa, şirkət tərəfindən elan edilmiş “App Library” funksiyası proqramın bölmələrə uyğun avtomatik təşkil edilməsinə imkan yaradır.

 

Bundan başqa “iOS 14” sistemində istifadəçinin eyni zamanda həm video izləməsinə, həm də başqa proqramlardan istifadəsinə imkan yaradan “şəkildə şəkil” rejimi əlçatan olacaq. “Apple” səsli tərcüməni dəstəkləyən daxili tərcüməçi də təqdim edib.

 

Həmçinin zəng animasiyası təkmilləşdirilib: indi daxil olan zənglər bütün ekranda deyil, üzə çıxan pəncərədə göstərilir. “Apple” şirkətinin rəsmisi dəqiqləşdirib ki, bu, həm telefonla, həm də “FaceTime”, “Skype” və başqa bu cür xidmətlərdən edilən zənglərə şamil edilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL