waplog

“Samsung” şirkəti “IFA 2020” sərgisində iştirakdan imtina edib


"Samsung" şirkəti sentyabrın əvvəlində planlaşdırılmış "IFA 2020" sərgisində iştirakdan imtina edib. Bu haqda Cənubi Koreyanın "Korea Herald" nəşri məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "digger.ru" saytına istinadən yazır ki, "Samsung"un nümayəndələri hələ ki rəsmi bəyanatla çıxış etməyiblər, amma insayderlərin məlumatına görə, Cənubi Koreyanın texnologiya nəhəngi davam edən "COVID-19" pandemiyasına görə kütləvi tədbirlərdə iştirak planını yenidən nəzərdən keçirib.

 

Xatırladaq ki, "Samsung" şirkəti 1991-ci ildən etibarən mütəmadi olaraq Berlində keçirilən "IFA" sərgisində iştirak edir. Ötən il şirkət sərgidə "Galaxy A90 5G" smartfonunu nümayiş etdirmişdi.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL