waplog

“Samsung Galaxy Unpacked 2020” tədbiri nə vaxt keçiriləcək?


“Samsung” şirkəti növbəti “Galaxy Unpacked” təqdimatı üçün rəsmi dəvətnaməni dərc edib. İlk dəfə tədbir koronavirus infeksiyasının yayılması ilə əlaqədar onlayn formatda keçiriləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, avqustun 5-də keçiriləcək təqdimatı “Samsung.com” və digər saytlar vasitəsilə izləmək mümkün olacaq.

 

Proqramda “Galaxy Note 20” smartfonu və onun modifikasiyaları nümayiş olunacaq. Dərc olunan videoçarxda istifadəçilərə qeyd edilən qurğu ilə işləməyə imkan verən “S Pen” qələminin ucu nümayiş edilib.

 

Bundan başqa, tədbir çərçivəsində elastik ekranlı “Galaxy Z Fold 2” smartfonunun və “Galaxy S20 Fan Edition” modelinin – “Galaxy S20” smartfonunun sadələşdirilmiş versiyasının nümayişi gözlənilir.

 

Müşahidəçilərin fikrincə, Cənubi Koreya nəhəngi yeni daşınan qurğular da təqdim edəcək. Onların sırasına barəsində çoxlu şayiələr gəzən “Galaxy Watch 3” “ağıllı” qol saatı daxildir.

 

Məlumata görə, “Galaxy Note 20” smartfonları avqustun sonunadək, “Galaxy Z Fold 2” sentyabrda, “Galaxy S20 Fan Edition” modeli isə oktyabrda satışa çıxarılacaq.

 

Nizam Nuriyev

 

https://www.youtube.com/watch?time_continue=1&v=QvFjP2ivZFw&feature=emb_title



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL