waplog

“Microsoft Xbox One X” qurğusunun istehsalı dayandırılır


Yeni nəsil “Xbox Series X” oyun qurğusunun buraxılışa hazırlanması “Microsoft” korporasiyasını üç “Xbox One” modelinin ikisinin istehsalından imtina etməyə məcbur edib. İstehsalı dayandırılan modellər sırasına nisbətən bahalı və məhsuldar “Xbox One X”, eləcə də optik disklə təchiz edilməyən nisbətən ucuz “Xbox One S All-Digital Edition” daxildir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “The Verge” nəşrinin “Microsoft” nümayəndəsinə istinadən verdiyi məlumata görə, bununla yanaşı, adi “Xbox One S” modelinin istehsalı və satışı davam etdiriləcək. Son həftələr pandemiya səbəbindən oyun qurğularına artan tələbat fonunda pərakəndə satış nöqtələrində “Xbox One X” və “Xbox One S” oyun konsollarında çatışmazlıqla bağlı məlumatlar yayılmağa başlayıb. Korporasiya nümayəndələri bildirib ki, əksər pərakəndə satış nöqtələrində oyun konsolunun bütün modelləri müəyyən müddət üçün ehtiyat edilib.

 

Bundan başqa, gələcək “Series X” modelinin hazırkı “Xbox” versiyasından hansı fərqlərə görə geri qalacağı məlum olub. Belə ki, yeni qurğu “Kinect” kontrolleri ilə uyğunluq təşkil etməyəcək – onu tələb edən oyunlar, sadəcə, işləməyəcək. Bununla bağlı nəşrin sualını cavablandıran “Xbox” istiqamətinin rəhbəri Fil Spenser qeyd edib ki, “Xbox Series X” modelinin “Kinect” ilə uyğunluğunu təmin etmək qeyri-mümkündür.

 

“Xbox Series X” modelinin ilin sonunda – onun əsas rəqibi “Sony PlayStation 5” oyun konsolu ilə eyni vaxtda satışa çıxarılacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL