waplog

Yeni “MSI Modern 14” noutbukları “AMD” və “Intel” platformaları ilə təklif olunur


“MSI” şirkəti “Modern 14” seriyalı yeni portativ kompüterlər nümayiş etdirib. “Onyx Black” və “Bluestone” rənglərində təqdim edilən noutbuklarda aparat platforması qismində “AMD” və “Intel” prosessorlarından istifadə olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, noutbuklar “Full HD” (1920 × 1080 piksel) formatlı 14 düym diaqonallı ekranla təchiz edilib. “sRGB” rəng məkanının 100 faiz əhatə olunması təmin olunur. “HDMI” interfeysi vasitəsilə görüntünü kənar monitor və ya televizorla ötürmək mümkündür.

 

Məlumata görə, “Intel” versiyalarına “Core i7-10510U”, “Core i5-10210U” və ya “Core i3-10110U” prosessorları quraşdırılıb. Həmçinin 2 giqabaytlıq “NVIDIA GeForce MX350” və ya “GeForce MX330” diskret qrafik sürətləndiricisi mövcuddur.

 

“AMD” platformalı modellər isə “Ryzen 7 4700U” və ya “Ryzen 5 4500U” çipləri ilə təchiz edilib. Qrafika emalı inteqrasiya edilmiş kontroller tərəfindən həyata keçirilir.

 

Bütün qurğulara 32 giqabaytlıq “DDR4” operativ yaddaşı və sürətli “NVMe M.2 SSD” bərkcisimli toplayıcısı quraşdırılıb. “MSI Modern 14” noutbukları “Wi-Fi 802.11ac” və “Bluetooth 5” simsiz rabitə adapterləri, işıqlı klaviatura, “USB 3.2 Gen2 Type-C” və “USB 2.0,Type-A” portları, “microSD” slotuna malikdir.

 

Qabaritlər 319 × 220,2 × 16,9 mm, çəki 1,3 kq təşkil edir. Enerjini 51 kilovatt-saat tutumlu akkumulyator batareyası təmin edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL